Avtobusda azərbaycanlı qadını zorlayan türk haqda şok məlumatlar

Türkiyənin paytaxtı Ankarada avtobusda Azərbaycan vətəndaşı olan qadını zorlayan sürücü haqqında yeni faktlar üzə çıxıb. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, İbrahim Tuncay adlı sürücünün başqa cinayətləri də üzə çıxıb. Sürücü haqqında daha öncə təhqir, təhdid, şantaj, əmlaka ziyan vurma kimi 48 ayrı cinayətdən barəsində şikayət olduğu, 3 dəfə cinsi istismara görə məhkum edildiyi bəlli olub. İki uşaq anası olan 37 yaşlı qadının vəkili Hüsniye Şimşek Baş Prokurorluğa verdiyi iddia ərizəsində İbrahim Tuncayın öldürmək məqsədi ilə hərəkət etdiyini qeyd edib. Onun ərizəsində sürücü haqqında onlarla cinayətlə bağlı cinayət işinin olduğu da əks edilib.
Vəkil baş verən hadisədən sonra sürücü ilə qadın arasında daha öncə də münasibt olduğunu iddia edən Ankara şəhərdaxili avtobuslar qurumunun başçısı Ercan Soydaşdan da şikayət ərizəsi verib. Ərizədə zorlama haqqında sübutların yox edilməsi üçün avtobusun təcili sürətdə təmizlənərək yenidən ictimai nəqliyyat kimi xidmətə çıxdığı qeyd edilib.
Ercan Soydaş
Xatırladaq ki, zorlama hadisəsi yanvarın 6-da baş verib. Türkiyənin paytaxtı Ankarada Azərbaycan və Türkiyə vətəndaşı olan bir qadın mindiyi ictimai nəqliyyat avtobusunun sürücüsü tərəfindən cinsi təcavüzə məruz qalıb. Təcavüzkar 37 yaşlı iki uşaq anasını elə avtobusun içərisində zorlayıb. Məktəbdə ingilis dili müəllimi işləyən qadın avtobus sürücüsü İbrahim Tuncaydan "mən 200 metr irəlidə düşəcəm, minə bilərəmmi", - deyə soruşub. Sürücü isə razılıq bildirib. Ancaq sürücü çatdığı dayanacaqda düşmək istəyən qadını buraxmayıb. Qapını açmayan İbrahim Tuncay "səni qayıdanda düşürəcəm" deyərək, iki əliylə qadının boğazından yapışıb və onu avtobusun oturacaqlarından birinə sürüyüb.
Həmin gecə başına gələnlər barədə 37 yaşlı qadın sonradan polisə məlumat verib. "Avtobusdan düşərkənsə "polisə və ya birinə söyləsən səni taparam, təcavüz edirəm, boğazını kəsərəm" deyib hədələdi".
Bundan sonra sürücü İbrahim Tuncay saxlanılaraq ifadəsi alınıb. Məlum olub ki, o, zorladığı qadının üzüyünü də əlindən alıb. Buna görə də ona qarşı "zorlama və oğurluq" iddiası ilə cinayət işi başlanılıb. Öz ifadəsində isə saxlanılan şəxs qadının könüllü olaraq ona "təslim" olduğunu iddia edib. Sürücünün iddiasına görə, iki uşaq anası olan qadın ona "ara küçələrə gir, qaranlıq bir yer tap, avtobusu dayandır və sonra yanıma gəl" - deyib.
Təcavüzə uğrayan qadın ittiham edildiyini eşidəndən sonra vəziyyəti pisləşərək, xəstəxanaya yerləşdirilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












