Avtobusda böyüklərə yer verirsinizmi? - SORĞU

İctimai nəqliyyat dedikdə hər yaş qrupundan insanların istifadə etdiyi minik vasitələri nəzərdə tutulur. Uşaqlar, yaşlılar, gənclər... Sovetlər dönəmində ictimai nəqliyyatda davranış qaydaları hələ uşaq bağçalarında, məktəblərdə tədris olunurdu. Dəyişilməz qayda isə bu idi - avtobusda böyüyə yer vermək lazımdır. Zaman keçib, bir çoxları əslində pozitiv sayılan bu stereotipdən deyəsən "yaxa qurtarmışıq". İctimai nəqliyyatda hərdən oturacaqlarda əyləşən gəncləri, onların baş üstündə ayaq üstə dayanan yaşlıları, qadınları görürük. Bəs, yaşlı insanlarımız bu durumu necə dəyərləndirir? Onlara məsələn, avtobusa minərkən yer verirlərmi?
Avtsofer.az xəbər verir ki, bu barədə apatv bu sualla paytaxtın yaşlı sakinləri arasında sorğu keçirib.
- Yer verirlər, sağ olsunlar. Böyük-kiçik anlayırlar.
- Yer verirlər. Hörmət edirlər cavanlar, sağ olsunlar. Mən razıyam.
- Hə, yer verirlər. Razıyıq. Gənclər lap yaxşıdır.
- Əksər hallarda, bəli. Düzdür, bəzən əks hallar da olur, amma əksər hallarda yer verirlər.
- Yer verirlər. Mən çox şadam. Avtobusla gəlirəm. Hamıya yer verirlər. Küçəni keçməyə də yardım edirlər.
- Yer verirlər. Pis deyil.
- Gənc qızlar, cavan uşaqlar görürəm ki, ağsaqqallara yer verirlər. Çox sağ olsunlar ki, ata-ana kimi yer verirlər.
- Yer verirlər qocalara. Çox sağ olsunlar.
İlk baxışdan elə görünə bilər ki, durumdan hər kəs razıdır. Amma belə deyil.
- Yer verən də var, verməyən də. Yer verənlər azdır. Əvvəllər dərsliklərdə mövzular salardılar ki, avtobusda böyük görəndə durub yer vermək lazımdır. Əlində ağır yükü varsa, kömək etmək lazımdır. Hətta şəkillərini belə verirdilər. Əfsuslar olsun ki, son illər belə şeylər yoxdur. Evdə valideyn onsuz da deyir. Lazımdır ki, məktəbdə də olsun. Dərs keçsələr, yaxşı olardı".
- Yox. Telefona baxırlar, guya ki, səni görmürlər. Yəqin ki, aldığı tərbiyə odur.
Sorğunun nəticələri göstərir ki, vəziyyət heç o qədər də pis deyil. Amma etiraf edək ki, problemin kökündə dayanan bir məqam var. Problemin həlli də elə o məqamdadır - ictimai qınaq. Nəqliyyatda özündən böyüklərə, yaşlılara, qadınlara yer verməyənlər ictimai qınağa məruz qalsalar, bu problem aradan qalxar. Üstəlik avtobuslarda maarifləndirici məlumatların asılması da pis olmazdı.
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır










