Avtobusda cibgirlik edənlərin şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən oğurluqda təqsirləndirilən Zülfüqar Qədirov və Rüfət Hüseynovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Avtosfer.az xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqqiləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin edilib.
Qeyd edək ki, Binəqədi şosesi, dön 1 ünvanında 192 saylı xətt avtobusunda 2 nəfər naməlum şəxs Abşeron rayon sakini, 1962-ci il təvəllüdlü Telman Qasımzadənin cibindən 300 manatını oğurlayıb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin komendant bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü R.Hüseynov və 1980-ci il təvəllüdlü Z. Qədirov tutulub. Saxlanılan şəxslərin hər ikisi eyni əmələ görə, əvvəllərdə məhkumluq həyatı yaşayıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Qədirov 6 il, R.Hüseynov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qaln məhkumlar apellyasiya şikayəti veriblər.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












