Avtobusda külli miqdarda siqaret aşkar edildi

Sərnişin avtobusunda külli miqdarda siqaret aşkar olunub. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən, Astara Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Əliyev Famil Fəzail oğlunun etibarnamə ilə idarə etdiyi "İkarus" markalı, "07-BB-967" dövlət nömrə nişanlı sərnişin avtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib.
Baxış zamanı Bakı şəhərinə aparılması üçün Azərbaycan vətəndaşı Bayramov Vüsal Şamil oğluna təhvil verilmiş, gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilmiş və üzərində aksiz markası olmayan 12.000 ədəd xarici markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












