Avtobusda növbəti təcavüz: 10 yaşlı qız yatdığı yerdə... - FOTO

Anası ilə səyahətə çıxan 10 yaşlı qız avtobusda cinsi istismara məruz qalıb. A24.Az xəbər verir ki, hadisə Türkiyənin böyük sərnişindaşıma şirkətlərindən olan “Merto Turizm”də baş verib. Belə ki, azyaşlı qız məktəb tətilində anası ilə birgə Iğdırdakı qohumlarını görməyə gedib. 4-cü sinif şagirdi İstanbula qayıdarkən evli olduğu deyilən şirkət əməkdaşının istismarına məruz qalıb. Hər şey azyaşlı qızın baş verənləri xalasına danışması ilə ortaya çıxıb. “Avtobusda babam 5 nömrəli anam və mən 25-26 nömrəli yerlərdə əyləşmişdik. Babam uzun müddət bizdən ayrı qaldığı üçün anam yanına gedib onunla oturdu. Mən də Tv-də bir proqram izlədikdən sonra yatdım. Oyananda köynəyinin üstündə Cihat T. yazan çay və kofe paylayan şəxsin əli sinəmin üstündə idi. Məhrəm yerlərimə toxunanda tamamilə yuxudan oyandım. Mən oyananda səssizcə dedi ki “yat” Mən yatanda ayaqlarım pəncərə tərəfdə idi. Başımı isə koridor tərəfə yastığa qoymuşdum. Həmin şəxs yanımda oturdu. Mən narahat olduğumdan digər stula keçdim. Yenidən gəlib yanımda oturdu. Mənədən “atam hardadı?, “ananın sevgilisi varmı?” kimi suallar soruşdu. Dedi ki sizin evə ziyarətə gələcəm. Mən oturanda məhrəm yerlərimə toxunub “Xoşuna gəlirmi?” deyə soruşdu. Mən yox deyəndə yanaqlarımdan, dodağımın kənarından öpdü. Dedi ki, qəlbimi qırırsan. Sonra qalxıb getdi. Qorxduğumdan anama heç nə demədim. Evə gələndə xalam niyə kefsiz olduğumu soruşdu. Mən də hər şeyi olduğu kimi danışdım” – deyə azyaşlı qız polis sorğusunda bildirib. Məktəbli qızın şikayəti ilə Cihan T. tutularaq, istintaqa təhvil verilib. Qeyd edək ki, “Metro Turizm”də bir dəfə də təcavüz qalmaqalı yaşanıb.


İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












