Avtobusda qorxu dolu anlar: Sərnişinlər pəncərəni qırıb tullandılar  - VİDEO

Gündəm 17 İyul 2021 11:40
Avtobusda qorxu dolu anlar: Sərnişinlər pəncərəni qırıb tullandılar   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Alanya şəhərindən Antalya aeroportuna turist daşıyan tur avtobusunun qəzaya uğraması sərnişinlərin təlaşına səbəb olub.

“Haber Global” bununla bağlı kadrlar paylaşıb.

Bildirilir ki, avtobus başqa bir nəqliyyat vasitəsinin sıxışdırması nəticəsində baryerə çırpılıb. İctimai nəqliyyatın sağ tərəfinin tamamilə sıradan çıxmasına görə qapılar açılmayıb. Bundan qorxuya düşən turistlər pəncərəni qıraraq, oradan çıxıblar.

Hadisə nəticəsində turistlərin yüngül xəsarət aldıqları bildirilib. Onlara yerindəcə tibbi yardım göstərildikdən sonra başqa bir avtobusla aeroporta yola salınıblar.

Oxunub : 838
ŞƏRH YAZ
Ad

E-mail

Şərh