Avtobusda xidməti itin tətbiqi nəticəsində narkotik vasitə aşkar olundu - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana daxil olan sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı, xidməti itin reaksiyasına əsasən, avtobusun yük yerində 2 ədəd bükümdə, ümumi xalis çəkisi 10,97 qram təşkil edən narkotik vasitə - həşiş aşkar edilib.
Yerindəcə aparılan araşdırma zamanı avtobusun sərnişini olan İran vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün o, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Vətəndaşla aparılan izahat işləri nəticəsində, avtobusda aşkar edilən narkotik vasitənin ona məxsus olduğu və yoxlama zamanı cibindən çıxardaraq avtobusun yük yerinə atdığı müəyyən edilib.
Bundan başqa, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Bu zaman vətəndaşın şalvarının cibindəki siqaret qutusunda, eləcə də tibbi müayinə nəticəsində onun daxili orqanında (düz bağırsağında) narkotik vasitələr - ümumi xalis çəkisi 101,286 qram olan tiryək və xalis çəkisi 1,235 qram olan heroin aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB












