Avtobusdan aksiz markası olmayan 30 mindən çox siqaret aşkarlanıb

Bakı şəhəri istiqamətində hərəkət edən Gürcüstan vətəndaşının idarə etdiyi "Setra S 317HDH/3" markalı sərnişin avtobusu Tovuz rayonu ərazisində saxlanılıb və nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilib. Avtosfer.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Tovuz Gömrük İdarəsinin yoxlama zamanı avtobusun yük yerindəki 4 ədəd sellofan bağlamaların içərisində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olduğu müəyyən edilib. Həmin nəqliyyat vasitəsi Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib və burada 4 ədəd sellofan bağlamalara qanunvericiliyə uyğun şəkildə baxış keçirilib. Yoxlama zamanı həmin bağlamalardan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan üzərində "Parliament Carat" sözləri yazılan 16 200 ədəd, üzərində Parliament super slims" sözləri yazılan 7800 ədəd, üzərində "Parliament silver blue" sözləri yazılan 600 ədəd, üzərində "Marlboro gold edge" sözləri yazılan 3600 ədəd və üzərində "Marlboro fine touch" sözləri yazılan 3600 ədəd, ümumilikdə 31800 ədəd siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












