Avtobusla şəhər turuna çıxan məşhur futbolçu ölümdən döndü - FOTO

Portuqaliya millisinin və "Beşiktaş"ın ulduz futbolçusu Rikardo Kuarejma ölümdən dönüb. Avtosfer.az ans press-ə istinadən xəbər verir ki, hadisə komandanın "Avro-2016"nın bitməsindən sonra Parisdən Lissabona qayıdarkən baş verib. Avropa çempionları üstü açıq avtobusla şəhər turuna çıxıb. Bu zaman avtobusun arxa hissəsində oturaraq azarkeşləri salamlayan Kuarejmanın başı az qala məlumat lövhəsinə dəyəcəkmiş. Xoşbəxtlikdən o, xəsarət almadan yola davam edib.
Avropa çempionatının qalibi Portuqaliya yığması ötən gün vətənə dönüb. Lissabonda milli komandanı qarşılamaq üçün minlərlə insan küçələrə axışıb. Yığma komandanın futbolçularını ölkənin prezidenti rəsmi iqamətgahına qonaq edib. AVRO-2016-nın final matçında Portuqaliya əlavə vaxtda vurduğu qolla Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adına sahib çıxıb. Yeganə qolun müəllifi “Lil” klubunun futbolçusu Eder olub.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












