Avtobuslar bayraqlarla bəzədildi - Bakıda

Paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirən Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdən biri də vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində milli mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliğidir. Avtosfer.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Dövlət Bayrağı Gününün digər bayramlar içərisində xüsusi ictimai-siyasi əhəmiyyət daşıdığını, bayrağımızın dövlətimizin və xalqımızın varlığının əsas meyarı olduğunu bir daha cəmiyyətə çatdırmaq məqsədi ilə Bakı Nəqliyyat Agentliyi hər kəs tərəfindən böyük rəğbət və maraqla qarşılanan bu ənənəni əlamətdar gündə də davam etdirir. Ənənəyə uyğun olaraq 9 noyabr Dövlət Bayrağı günü paytaxtın inzibati ərazisində sərnişindaşımada istifadə edilən bütün avtobuslar dövlət bayrağı ilə bəzədilib. Həmçinin avtobus dayanacaqlarındakı monitorlarda və yollardakı elektron informasiya tablolarında vətənpərvərlik mövzusunda, milli mənəvi dəyərlərimizi, dövlətçilik ənənələrimizi tərənnüm edən şüar və təbrik mesajları yazılıb.
Bununla yanaşı Dövlət Bayrağı Günü şəhər sakinlərində xoş ovqat yaratmaq üçün xüsusi aksiya da təşkil edilib. Aksiya çərçivəsində Bakı Nəqliyyat Agentliyinin əməkdaşları “ASAN Könüllüləri” ilə birgə ictimai nəqliyyatda sərnişinlərə "Hər evə bir bayraq" devizi altında dövlət bayrağı hədiyyə edəcək.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












