Avtobuslar sutkanın hansı saatlarında işləməlidir? - RƏSMİ AÇIQLAMA

Metronun konkret iş saatı olsa da, avtobuslar üçün eyni sözü demək mümkün deyil. Avtobusların konkret fəaliyyət göstərdiyi saat aralığının olmaması ictimai nəqliyyatdan istifadə edən insanlarda çaşqınlıq yaradır. Bununla yanaşı, gec saatlarda bu nəqliyyat vasitəsindən istifadənin mümkünsüzlüyü istər şəhər mərkəzlərində, istərsə də qəsəbədaxili marşrutlarda müəyyən problemlər yaradır.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-a verilən məlumata görə, avtobusların işi hərəkət intervalına uyğun olaraq tənzimlənir.
Sərnişin tələbatına əsasən avtobusların iş saatı, sayı, hərəkət cədvəli müəyyən olunur. Avtobus marşrutlarının iş saatı 05:30-06:00-dan başlayır, bəzi ərazilərdə 21:00-da, bəzilərində 22:30-da, bəzilərində isə 23:00-23:30-a qədər davam edir.
Onu da qeyd edək ki, sərnişinlər qarşılaşdıqları problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə quruma müraciət edə bilərlər.
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










