Avtobuslarda gedişhaqqı artırılır? - RƏSMİ AÇIQLAMA

"Avtobuslarda gedişhaqqının artırılması ilə əlaqədar Tarif Şurasına təklif göndərməmişik". Bunu ann.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin sözçüsü Nuridə Allahyarova qiymət artımı ilə bağlı deyilənlərə münasibət bildirərkən deyib. Mətbuat katibinin sözlərinə görə, qiymət artımının olması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi Tarif Şurasına təklif göndərməlidir: "Belə bir təklif göndərməmişik. Qiymət artımının olması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur".
Məsələ ilə əlaqədar "Baku Bus" MMC-nin mətbuat katibi Mansur Piriyevlə əlaqə saxladıq. Qurum rəsmisi hazırda qiymət artımın olmadığını vurğuladı: "Baku Bus"-da qiymət artımı və güzəştlərin tətbiq edilməsi bizim səlahiyyətimizdə olan iş deyil. Ümumiyyətlə qiymət artımı yoxdur".
"Gedişhaqlarının artırılmasını Tarif Şurası həyata keçirir. Bu da Bakı Nəqliyyat Departamentinin təklifindən sonra ola bilər." - deyə Mansur Piriyev əlavə edib.
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”










