Avtobuslarda kondisionerlər niyə işləmir? - RƏSMİ AÇIQLAMA

Bu il havanın bir qədər gec isinməsindən şikayətlənənlər, indi də istidən gileylənir.
Avtosfer.az xəbər verir ki, İsti havada ictimai nəqliyyatda, xüsusilə avtobuslarda yol getmək adamın ürəyini sıxır. Kondisionerlərlə təchiz olunan avtobuslarda havalandırma sisteminin iyunun 1-dən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb. Amma buna baxmayaraq, bir çox avtobuslarda hələ də kondisionerlər qoşulmayıb. Necə deyərlər, nə əsər var, nə əlamət... Maraqlıdır, tapşırıq verilməsinə baxmayaraq, kondisionerlərin işləməməsinin səbəbi nədir? Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində "BakuBus" MMC-ə mətbuat katibi Qabil Babayev cavablandırıb. O bildirib ki, təchizat zəncirinin pozulduğu üçün ehtiyat hissələrinin çatışmazlığı mövcuddur: “Hazırda cəmiyyətimiz tərəfindən müntəzəm marşrut xətlərində istifadə olunan avtobusların 90 faizində kondisionerlər standart olaraq çalışır. Eyni zamanda bildiririk ki, hazırda bir sıra sahələrdə olduğu kimi təchizat zəncirinin pozulması səbəbindən ehtiyat hissələrinin çatışmazlığı mövcuddur. Lakin yaxın vaxtlarda respublikamıza ehtiyat hissələrinin gətirilməsi gözlənilir. Ehtiyat hissələri tədarük edildikdən sonra avtobuslarda işləməyən kondisionerlər də təmir olunacaq”.(Lent.az)
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər - Bu qədər cərimələnəcək
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO










