Avtobuslarda qadınlara qənim kəsilən cibgir tutuldu

Yasamal Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi (CAŞ) və 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən, Cəlilabad rayon sakini əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, 31 yaşlı Elçin Babayev saxlanılıb. Avtosfer.az musavat.com-a istinadən bildirir ki, polis əməkdaşları E.Babayevi rayon ərazisində 20 nömrəli sərnişin avtobusunda tanımadığı bir qadının çantasından oğurluq edən zaman iş başında tutmağa nail olublar. Araşdırma zamanı saxlanılan şəxsin Yasamal rayonu ərazisində "77","211","96" saylı sərnişin avtobuslarında da cibgirliklə məşğul olduğu məlum olub. Elçin Babayev ifadəsində avtobusda qadınla mübahisə etdiyini desə də, bu mübahisənin nədən qaynaqlandığını açıqlamayıb: "Avtovağzaldan 20 nömrəli marşrutla evə gəlirdim. Yolda avtobusdakı bir qadınla mübahisəm yarandı. Dayanacaqda polis əməkdaşları yaxaladı".
Faktla bağlı E.Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları saxlanılan şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. E.Babayevin cinayət əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Yasamal RPİ-nin 29-cu PB-nə müraciət edə bilərlər.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












