Avtobuslarda və metroda gediş haqqı bahalaşır

Sentyabr ayının 1-dən Bakıda altı marşrut xətti ilə hərəkət edən avtobuslarda gediş haqqının nağdsız ödənişi tətbiq ediləcək. “Trend”in məlumatına görə, bu barədə “Xaliq Faiqoğlu” şirkətinin Ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fizuli Sadıqov deyib. Onun sözlərinə görə, bu sistem 61, 65, 85, 79, 96 və 18 nömrəli marşrutlar üzrə hərəkət edən 130 avtobusu əhatə edəcək. F.Sadıqov bildirib ki, avtobuslarda nağdsız ödəniş üçün cihazların quraşdırılması prosesi yekunlaşır. Bununla yanaşı, avtobuslarda müşahidə kameraları quraşdırılır. F.Sadıqov əlavə edib ki, cihazların quraşdırılması başa çatdıqdan sonra gediş haqqı metroda və “BakuBus” MMC-nin avtobuslarında hazırda istifadə olunan kartlar vasitəsilə ödəniləcək. Yuxarıda qeyd olunan 6 marşrut “Xaliq Faiqoğlu” şirkəti tərəfindən istismar olunur.
"Azadlıq"a daxil olan məlumatda isə deyilir ki, avtobuslara nağdsız ödənişin tətbiq edilməsi prosesinin sürətləndirilməsi gediş haqlarının artırmaq niyyətindən irəli gəlir. Hələ elektrik enerjisi bahalaşanda belə məlumat yayılmışdı ki, metroda da gediş haqları artacaq. Bu xəbər təsdiq olunmasa da, əsassız deyildi. Məlumatda deyilir ki, hökumət metro və avtobuslarda gediş haqlarını eyni vaxtda qaldırmaq istəyir. Bu zaman kart sistemi əsas gətiriləcək. Yəni, bu sistem tam tətbiq ediləcəyi təqdirdə yalnız avtobuslarda, yaxud yalnız metroda qiymətin artırılması mümkün olmayacaq. Kart sistemi tətbiq olunduğu üçün artım hər iki nəqliyyat növündə baş verməlidir.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












