Avtobusların dayanacaqlara gecikmə SƏBƏBLƏRİ açıqlandı

“Yeni tədris ili başlayandan və tətil mövsümü bitdiyindən şəhərdə həm sərnişinlərin, həm də nəqliyyat vasitələrinin sayı artıb. Bu da təbii olaraq günün pik saatlarında yollarda və ictimai marşrut şəbəkəsində müəyyən sıxlıqların yaranmasına səbəb olur”. Bu sözləri Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, tədris ili başlamadan bir neçə gün əvvəl BNA müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq məktubu göndərib. “Həmçinin keçirilən görüşdə də şifahi şəkildə onlara xəbərdarlıq edilib. Avtobuslararası intervalın tənzimlənməsi, zərurət olduğu halda marşrutlar üzrə əlavə nəqliyyat vasitələrinin cəlb edilməsi, bu son yağıslı günlərlə əlaqədar da təkrar xəbərdarlıqlar edilib”.
M.Ağayev deyib ki, avtobuslar arasındakı intervalın böyüməsinə təsir göstərən bir sıra amillər var ki, daşıyıcıların tənzimləməsi mümkünsüzdür “Çünki avtobus yerüstü nəqliyyat vasitəsidir. Xüsusən də günün pik saatlarında yollarda müşahidə edilən tıxac səbəbindən gecikmələr olur. Nəticə etibarı ilə sərnişinlərimiz dayanacaqlarda uzun müddət avtobus gözləməli olur. Gecikmələrin əsas səbəbi tıxaclardır. Qalan digər hallarda intervalların süni şəkildə uzadılması halı aşkar edildikdə BNA dərhal buna reaksiya verir və problem aradan qaldırılır”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












