Avtobusların məlumat lövhələrində səsləndirmə NİYƏ İŞLƏMİR? - RƏSMİ AÇIQLAMA

Son zamanlar sərnişinlərin maarifləndirilməsi üçün “BakuBus” avtobuslarında mövcud olan informativ lövhələr və səsləndirmə sistemi işləmir. Xəbərdarlıq səsinin olmaması sərnişinlərin problem yaşamasına gətirib çıxarır. Tətbiqin işləməməsi səbəbindən onlar bəzi hallarda dayanacaqları ötürmək məcburiyyətində qalırlar. Vəziyyət sərnişinlərin təyinat nöqtələrini dəqiq müəyyənləşdirə bilməməsi ilə nəticələnir ki, bu, daha da böyük narahatlıq yaradır.
Sözügedən problem hansı səbəbdən qaynaqlanır? Nasazlıqlar aradan qaldırılacaqmı?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentiyindən (AYNA) "Bizim.Media"ya bildirilib ki, bununla bağlı müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara müvafiq tapşırıqlar verilib.
“İctimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün əlçatanlığın təmin olunması prioritetdir. Texniki baxımdan audio və videoelanların yayımlanması imkanları olan avtobuslarda hərəkət sxeminə daxil olan dayanacaq məntəqələri adlarının səsləndirilməsi və nümayiş etdirilməsinin zəruriliyi onların diqqətinə çatıdırılıb”.
“BakuBus”ın mətbuat xidmətindən isə sorğumuza cavab olaraq qeyd edilib ki, bəzi hallarda sistemin fəaliyyətində texniki səbəblərdən qısa müddətli fasilə yarana bilər:
“BakuBus”ın istismarında olan bütün avtobuslarda dayanacaqların səsləndirilməsi sistemi mövcuddur və bu sistemin fasiləsiz işləməsi sərnişinlərin marşrut üzrə rahat hərəkəti baxımından vacib hesab olunur. Lakin bəzi hallarda sistemin fəaliyyətində texniki səbəblərdən qısa müddətli fasilə yarana bilər. Belə hallarda sürücülər avtobusu axşam depoya təhvil verərkən mövcud nasazlıq barədə təhvil alan mexanikə məlumat verirlər. Məlumat əsasında dərhal texniki xidmət göstərilir və problem qısa müddətdə aradan qaldırılır. Sistemlərin fasiləsiz işləməsi üçün “BakuBus” tərəfindən davamlı monitorinq və texniki nəzarət həyata keçirilir”.
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










