Avtobusların niyə vahid iş saatı yoxdur? - ARAŞDIRMA - VİDEO

Avtobusların fəaliyyət saatının fərqli olması sərnişinlərdə çaşqınlıq yaradır... Metronun konkret iş saatı olsa da, avtobuslar üçün eyni sözü demək mümkün deyil... Avtobusların konkret fəaliyyət göstərdiyi saat aralığının olmaması ictimai nəqliyyatdan istifadə edən insanlar üçün çətinlik yaradır...
Avtosfer.az-ın xəbərinə görə, sərnişinlər deyirlər ki, bəzi ərazilərdə avtobuslar axşam saatlarında saat 21:00-dək, bəzi ərazilərdə 22:30-dək, bəzi yerlərdə isə 23:00-dək fəaliyyət göstərir. Saatların fərqli olması isə onlarda çaşqınlığa səbəb olur.
Bəs bu proses necə tənzimlənir? Sərnişindaşıma şirkətləri avtobusların iş saatlarını necə və nəyə əsasən müəyyənləşdirirlər?
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, avtobusların fəaliyyəti hərəkət intervalına uyğun olaraq tənzimlənir. Sərnişin tələbatına əsasən avtobusların iş saatı, sayı, hərəkət cədvəli müəyyən olunur. Avtobus marşrutlarının iş saatı səhər 05:30-06:00-dan başlayır, bəzi ərazilərdə 21:00-da, bəzilərində 22:30-da, bəzilərində isə 23:00-23:30-a qədər davam edir.
Ətraflı videomaterialda.
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA










