Avtobuslarla toqquşan sürücü məhkəmə qarşısında

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən marşrut avtobusu sürücüsü 1988-ci il təvəllüdlü Dünyamalı Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.
Məhkəmə prosesi noyabrın 23-də davam etdiriləcək.
Qeyd edək ki, bu il hadisə aprelin 8-də Nizami rayonu ərazisində baş verib. 103 saylı marşrut xəttinin sürücüsü 1988-ci il təvəllüdlü Dünyamalı Rzayev idarə etdiyi “Otoyol” markalı 90 OG 171 dövlət nömrə nişanlı avtobusla həmin vaxt yolu keçən piyada 1954-cü il təvəllüdlü Svetlana Jitovanı vurub, daha sonra hərəkətdə olan 30 saylı marşrut xəttinin sürücüsü 1984-cü il təvəllüdlü Vasif Əliyevin idarə etdiyi “Daewoo” markalı 10 TG 373 dövlət nömrə nişanlı avtobusla toqquşub. “Daewoo”nun sürücüsü idarəetməni itirərək Araslan Xəlilovun idarə etdiyi “VAZ 2107” markalı 10 LG 127 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. Hadisə nəticəsində piyada S.Jitova aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobuslarda olan sərnişinlərdən 10-u müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdiriliblər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












