Avtobusun salonunda 14 min siqaret aşkar edildi
Gömrükdə avtobusun salonunda 14 min ədəd siqaret aşkar edilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Azərbaycan vətəndaşı Hüseynov Rafiq Məmmədhüseyn oğlunun idarə etdiyi "Mercedes-208D" markalı, "42-BP-973" nömrəli sərnişin mikroavtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində baxış keçirilib. Baxış zamanı sərnişin mikroavtobusunun salonunda Azərbaycan vətəndaşları Məmmədzadə Bəylər Hüseynəli oğlu və digər şəxsə məxsus, gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 14 min ədəd filterli siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












