“AVTODETAL”da kütləvi ixtisarlar olub? - işçilər şikayətçidir - ŞİRKƏTDƏN AÇIQLAMA

Avtomobil ehtiyat hissələrinin satışını təşkil edən mağazalar şəbəkəsindən biri olan “Avtodetal”-ın Babək filialının işçiləri kütləvi şəkildə işdən çıxarılıb. Buna əsas ixtisarların olması göstərilib.
Redaksiyamıza məlumat verən işçilərdən biri Nurlan Xanlarov idda edir ki, bu ilin noyabr ayında şirkətin icraçı direktoru Əkbər İmanov rəhbərliyin tapşırığı əsasında onları əvvəl məzuniyyət adı ilə işə gəlməməyi tapşırmış daha sonra isə heç bir səbəb olmadan işdən azad edilib. İşdən çıxarılan işçilərin heç birinə əmək haqqları ödənilməyib. Daha sonra işçilərə dəfələrlə hədə qorxular gəlib, müxtəlif vəzifəli şəxslərin adlarını çəkməklə təhdidlər edib, işçilərə psixoloji zərbələr yaşadıb. Bu günə kimi işçilərin adı rəsmi olaraq ştat cədvəlində gedir, amma bu işçilərə nə maaş verilir nə də rəsmi olaraq ştat cədvəlindən çıxarlır. Belə olan təqdirdə də işçiləri əmək qanunvericiliyin tələbinə uyğun olaraq digər yerlərdə işə götürmürlər. Hazıda 9 işçi bu vəziyyətlə üz-üzə qalıb.
Nurlan Xanlarov həmçinin bildirir ki, əmək hüquqlarının pozulması ilə bağlı müvafiq qurumlara rəsmi müraciət edib. Lakin məsələ ilə bağlı hələ ki, rəsmi cavab verilməyib.
“Avtodetal” mağazalar şəbəkəsinin satış direktoru Rəhim Mürsəlov Avtosfer.az-a bildirib ki, adıçəkilən əməkdaş şirkət hesabına məzuniyyətə göndərilib. “Daxili sayım zamanı kəsirlər aşkar olunub. Lakin buna baxmayaraq həmin əməkdaşlarla fərdi şəkildə görüş keçirlib və yenidən işə dəvət edilib. Müvəqqəti olaraq digər filiallrımızda əmək haqqında heç bir dəyişiklik olmadan işləmələri təklif edilib. Audit bitdikdən sonra yenidən Babək filialında işlərini davam etdirə biləcəkləri vurğulanıb. Həmin əməkdaşlar bu təkliflə razılaşdı və hətta bəziləri şirkət hesabına istirahət də istədi.”
Rəhim Mürsəlov bildirib ki, həmin əməkdaşlar 25 gündür ki, işə gəlmir. “Əlimizdə hal şahidləri və videogörüntülər var. Ünvanlarına rəsmi qaydada məktub göndərilib. Telefonla əlaqə saxxlamağa çalışsaq da bizə cavab verilməyib. Təəssüf ki, işdən azad olmunmaq barədə ərizə belə yazmadan gediblər.”
Şirkət rəsmisi bildirib ki, əməkdaşlara burden da müraciət edir. “Əgər işləmək istəmirsinizsə o zaman gəlib ərizə yazın və əmək haqqlarınızı alın. Belə olmadıqda qanunvericiliyin tələblərinə uyöun olaraq size işdən azad etməli olacağıq.”
Fərid
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə











