"Avtomobil almağa imkanım yoxdur" - 16 ilin deputatı

Milli Məclisin deputatı Tahir Rzayev maraqlı açıqlamaları ilə diqqət çəkib. Avtosfer.az xəbər verir ki, o, deputat olmasına baxmayaraq, sosial problemlərinin olduğunu söyləyib: "Hər bir insanın çətinliyi olduğu kimi, Milli Məclisin deputatı olaraq, mənim də üzləşdiyim çətinliklər var. Misal üçün, mən 16 ildir ki, deputatam, ancaq normal avtomobil almağa və sürücü saxlamağa imkanım yoxdur. Ucuz avtomobil ala bilərəm, ancaq sürücüyə maaşı necə verəcəyəm? Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Mənim bağ evim də yoxdur, neçə ildir ki, ictimai binada yaşayıram. Mənzilimin sahəsi də böyük deyil. İndi bütün bunları almağa imkanım yoxdur. Deputat seçiləndə də qarşıma məqsəd qoymamışam ki, mütləq bahalı avtomobil, villam olsun".
O qeyd edib ki, bu gün Milli Məclisdə mənim kimi problemləri olan bir çox deputat var: "Kimin imkanı varsa, Allah ruzisini daha da bol etsin".
publika.az
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












