Avtomobil “apteçka”sının dəyişdirilməsi ilə bağlı TƏKLİF

Gündəm 13 Avqust 2024 17:48 Oxunub 258
Avtomobil “apteçka”sının dəyişdirilməsi ilə bağlı TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkədə yol-nəqliyyat hadisələri ilə bağlı xəbərlərə, demək olar ki, hər gün rast gəlirik.

Bu qəzalar zamanı həyatını itirənlərdə olur. Həyatını itirənlərin bəziləri isə ilkin tibbi yardım edilmədiyinə görə ölümə daha bir addım yaxın olmuş sayılır.

İlkin tibbi yardım isə bütün nəqliyyat vasitələrində “apteçka”ların olmasından keçir. Nəqliyyat vasitələrində yerləşdirilməsi zəruri olan dərman qutuları ilə bağlı İnzibati Xətalar Məcəlləsində də xüsusi maddə var. Lakin hazırda minik avtomobillərinin böyük bir qismində, o cümlədən bəzi ictimai nəqliyyat vasitələrində “apteçk”lar yoxdur.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, sürücülərin "apteçka"dan istifadə etməməsində bir səbəb var:

"Onları haqlı da hesab etmək olar. Çünki "apteçka"nın içində elə dərmanlarlar olur ki, onlar sərin hava şəraitində saxlanılmalıdır. Avtomobillərdə isə bəzən 40-50° dərəcə isti olur, bu şəraitdə isə dərmanlar keyfiyyətini itirir. Buna görə "apteçka"sı olmayan sürücülərin 10 manat cərimə edilməsi də bir sual doğurur. Hesab edirəm ki, tibb çantasının tərkibinə yenidən baxılmalıdır, orada lazımsız olan vasitələr siyahıdan çıxarılmalıdır".

Ekspert qeyd edib ki, tibb çantasında elə vasitələr var ki, onların maşında olması vacibdir:

"Elə an yaranır ki, həmin vasitələr insanın köməyinə çatır. İçində lazımi vasitələr olmaq şərtilə tibb çantasının olması lazımdır. Bu həm də inzibati məsuliyyət yaradır. Buna görə də sürücülər bu məsələdə diqqətli olmalıdırlar".

Mənbə: "Cebheinfo.az"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh