Avtomobil benzini istehsalı 1,4% artıb - Azərbaycanda

Bu ilin I yarısında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1329,8 mln. manat olub. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 3% azalıb.
Hesabat dövründə 572,4 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən 1,4% çoxdur. İlin I yarısında 322,2 min ton ağ neft (0,9% çox), 389,0 min ton yanacaq mazutu (8,5 dəfə çox) istehsal olunub.
Neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzin istehsalında 1,9%, dizel yanacağının istehsalında 22,2%, sürtkü yağlarının istehsalında 50%, neft bitumunun istehsalında 12,4%, neft koksunun istehsalında 25,5% azalma qeydə alınıb. Belə ki, 96,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 1 147,4 min ton dizel yanacağı, 5,1 min ton sürtkü yağları, 60,6 min ton neft bitumu, 90,7 min ton neft koksu istehsal olunub.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












