Avtomobil benzini istehsalı 7% artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 730,1 min ton avtomobil benzini istehsal edilib. Avtosfer.az-ın DSK-nə istinadən verdiyi xəbərə görə, bu ilin ilk 7 ayında avtomobil benzininin istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 7,2% artıb. Bu il avqustun 1-nə ölkədə 31,5 min ton həcmində avtomobil benzini ehtiyatı olub. Digər neft məhsulları istehsalına gəldikdə, 7 ayda 1,125 mln. ton dizel yanacağı, 353,8 min ton ağ neft, 243,8 min ton yanacaq mazutu istehsal olunub. Neft məhsullarından dizel yanacağının istehsalı 16,8%, ağ neftin istehsalı 8,2%, yanacaq mazutunun istehsalı 39,9% azalıb. Yanvar-iyul ayları ərzində ölkədə 116,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 19,5 min ton sürtkü yağları, 103,4 min ton neft bitumu, 128,4 min ton neft koksu istehsal olunub. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 1,5%, sürtkü yağlarının istehsalı 3,8 dəfə, neft bitumunun istehsalı 21,1%, neft koksunun istehsalı 14,2% artıb. Ümumilikdə, hesabat dövründə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 567,3 mln. manat olmaqla əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 7,8% azalıb.
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA










