Avtomobil benzini istehsalı artıb - Azərbaycanda

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda neft məhsulları istehsalının dəyər ifadəsində ümumi həcmi 401 mln. manat təşkil edib. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu isə əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 6,1% azdır. Bu ilin iki ayı ərzində 210,1 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən 17% çoxdur. Hesabat dövründə 33,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 3 min ton sürtkü yağları, 28,2 min ton neft koksu istehsal olunub. Neft-kimya sənayesində istifadə üçün benzinin ishehsalı 21,9%, sürtkü yağlarının istehsalı 3,3 dəfə, neft koksusunun istehsalı isə 3,9 dəfə artıb. İlin iki ayı ərzində ölkədə 105,2 min ton ağ neft, 316,4 min ton dizel yanacağı, 144,9 min ton yanacaq mazutu, 10,8 min ton neft bitumu istehsal olunub. Ağ neftin istehsalı 7,3%, dizel yanacağının istehsalı 13,6%, yanacaq mazutunun istehsalı 37%, neft bitumunun istehsalı 44% azalıb.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












