Avtomobil benzininin istehsalı artıb

Cari ilin yanvar-mart aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 622,5 mln. manat olmaqla ötən ilin analoji dövrü ilə müqayisədə 11,6% azalıb. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarından ağ neftin istehsalı 13,6%, yanacaq mazutunun istehsalı 42,3%, dizel yanacağının istehsalı 19,4%, neft bitumunun istehsalı 21,4% azalıb. Avtomobil benzininin (9%), sürtgü yağlarının (3,7 d.) və neft koksunun (93,9%) istehsalı artıb. Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 201,9 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 4,3% azalıb, rezin və plastik kütlə məmulatlarının istehsalında 42,4%, əczaçılıq məhsullarının istehsalında isə 2,4 dəfə artıb. Əsas kimya məhsullarından azot istehsalı 1%, oksigen istehsalı 76,3%, izopropil spirti istehsalı 12,9% azalıb. Bununla yanaşı, propilen istehsalı 4,3%, lak-boya məmulatlarının istehsalı 2,7 dəfə, etilen istehsalı 3,6% artıb. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların istehsalı 60,4%, plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 14 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 33,7% artıb.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












