Avtomobil borcuna görə çempionu kriminal “razborkada” güllələyiblər – YENİ FAKTLAR

Gəncədə kikboksinq üzrə Azərbaycan çempionu Elmir Cəlilovun qətli ilə bağlı yeni detallar məlum olub. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, güllələnən idmançının yaxınlarının verdiyi məlumata görə, məsələnin kökü Elmir Cəlilovun həyat yoldaşının xalası oğlunun xeyli müddət əvvəl maşın almasına gedib çıxır. O, avtomobil alıb, alverçiyə 500 manat borclu qalıb. Pulunu ala bilməyən alverçi Elmir Cəlilovun qohumundan Gəncədə kriminalla bağlılığı olan şəxslərə şikayət edib. Onlar borclunu “Kəpəz” mehmanxanasının qarşısında görüşə çağırıblar. Elmir Cəlilov isə həmin vaxt dostları ilə çayxanada imiş.
Həyat yoldaşının xalası ona zəng edərək, görüş yerinə gəlməsini və onu tək qoymamasını xahiş edib. Elmir Cəlilov fevralın 20-si saat 23 radələrində “Kəpəz” mehmanxanasının qarşısını gəlib. Qarşı tərəfdən söhbətdə dörd nəfər iştirak edib. Mübahisə yaranıb, tərəflər arasında dava düşüb. Elmir Cəlilova gücü çatmayacağını görən 1984-cü il təvəllüdlü Anar Tağıyev maşınında gəzdirdiyi tüfəngdən atış açıb və ikiqat Azərbaycan çempionunu qətlə yetirib. Gəncədəki mənbəmizin verdiyi məlumata görə, Anar Tağıyev şəhərdə kriminal əlaqələri ilə tanınır. Onun atası Şahin Tağıyev Rusiyada yaşayır. Onunda da kriminal bağlantıları var.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












