Avtomobil daşımalarını sadələşdirə bilər

Azərbaycan beynəlxalq avtomobil yükdaşıması sahəsində yeni addımlar atmağa başlayıb. Bu sahənin daha da inkişaf etdirilməsi məqsədi ilə Beynəlxalq Avtomobil daşımaları sahəsində Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə anspress-ə Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verdi.
Onun sözlərinə görə, iclas martın 10-u və 11-i tarixlərində keçiriləcək. Qarışıq komissiyanın iclasında iki ölkə arasında avtomobil nəqliyyatı sahəsində sənədlər imzalanacaq. Bu il keçiriləcək iclasda həmçinin ölkələr arasında yükdaşımalarda icazə vərəqələrinin istifadəsi və beynəlxalq nəqliyyatın müxtəlif sahəsində prosedurların sadələşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. Çünki regionda baş verən son hadisələrdən sonra yükdaşıma sahəsində canlanmalar baş verib. Bu isə Azərbaycana beynəlxalq təcrübədən istifadə etməklə nəqliyyat sahəsində çatışmazlıqları aradan qaldırmaq imkanı yaradır.
İclasda Azərbaycanı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev təmsil edəcək. Bundan əvvəl 2015-ci il sentyabrın 16-da Nəqliyyat Nazirliyində Beynəlxalq Avtomobil daşımaları üzrə Azərbaycan–Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilmişdi.
İclasda Belarus Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil və Şəhər Sərnişin Nəqliyyatı idarəsinin rəisi, Sergey Dubinanın və Azərbaycanın Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi, Elnur Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Həmin iclasda beynəlxalq avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının protokol imzalanmışdı.
Ümumilikdə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsi, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalar, həmçinin hələlik fərqlənmə nişanlarının və lisenziyaların verilməsi bu qurum tərəfindən həyata keçirilir. Bakı Beynəlxalq Avtovağzalı da bu qurumun xidmət sahəsinə daxildir. Qurum 2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












