Avtomobil etibarnamələri ilə bağlı tələb artıq ləğv olunmalıdır – EKSPERT - VİDEO

Artıq uzun müddətdir avtomobil idarəçilərinin ən çox narahat olduğu məsələlərdən biri etibarnamənin hər məqamda tələb edilməsidir. Vətəndaşlar nəqliyyat vasitəsini hətta öz həyat yoldaşına belə vermək istəyəndə etibarnamənin vacib problemə çevrilməsini birmənaı qarşılamır. Dünya təcrübəsində də bu məsələyə yanaşmalar müxtəlifdir.
Avtosfer.az xəbər verir ki, bir çox inkişaf etmiş ölkələrdə avtomobil idarəetməsi ilə bağlı etibarnamə verilmə qaydaları dəyişidirilib. Hətta Özbəkistanda yaxın qohumlara notariat etibarnaməsi verilməsi ləğv edilib.
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı bildirib ki, etibarnamə avtomobil idarə edilməsi üçün mahiyyətini itirmiş bir sənəddir:
“Sadəcə, görünür, bu işdə yaxşı pul var. Kimsə bundan əl çəkmək istəmir və buna görə də etibarnamələrlə bağlı problem hələ də qüvvədədir. Notarial kontorlara girirsən, 10 nəfərdən 8-I avtomobil etibarnamələri ilə məşğul olur.
Dünya artıq dəyişib, amma biz hələ də Sovet dövründən qalma qaydalardan çıxa bilmirik. Əslində, etibarnamələrin yaşı çoxdur, 50-60 il deyil. Hesablasaq, bəlkə də 5 min il yaşı var. Yəni, o dövrdə də insanlar etibarnamə sənədi ilə bir-biri qarşısında müəyyən öhdəliklər, hüquq və vəzifələr yaradıblar. Mövzumuz, ümumilikdə etibarnamənin ləğv olunması məsələsi deyil, avtomobil idarə etməsi zamanı etibarnaməyə gərəklilikdir. Məsələn, evdə ər və arvad arasında avtomobil ötürülməsi ilə bağlı etibarnamə lazım olur. Bu kimə lazımdır?! Ərlə arvad arasındakı etibarnamə məsələsinə bir müddət əvvəl son qoyulmuşdu. Nikah haqqında şəhadətnamə kifayət edirdi. Sonra nikah şəhadətnaməsi ilə bağlı tələb qaldı kənarda, Konstitusiya Məhkəməsi rəy verdi ki, ərlə arvad arasında birgə nikah dövründə alınan nəqliyyat vasitəsidirsə, o halda, şəxslər - ər və arvad notariusa birlikdə gedib təsdiqləməlidirlər ki, onlar həmin maşını birgə nikah dövründə alıblar, bunu da təsdiq edəcək sənəd verilsin. Notarius da təsdiqləməlidir ki, bəli, ər də, arvad da gəldi, onlar bu sənədi brigə nikah dövründə əldə ediblər. Bu məsələ artıq oyuncaq qərarlara bənzəyir və biz də bunu təklif edirik ki, avtomobil etibarnaməsi ilə bağlı qərarın artıq ləğvinin vaxtı çatıb”.
Elməddin Muradlının şərh verdiyi həmin canlı yayımın videosunu sizə təqdim edirik:
Səfər
Canlı yayımın tam videosu
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












