Avtomobil karvanına hücüm: 15 ölü, 20 yaralı

Əfqanıstan prezidentinin birinci müavini Rəşid Dostumun da olduğu avtomobil karvanına hücum nəticəsində mühafizə xidmətinin 15 əməkdaşı ölüb.
Avtosfer.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Faryab vilayətinin Gurmaç rayonunda baş verib.
Məlumata görə, terrorçular karvanın keçdiyi yola partlayıcı döşəyib. Hadisə həmin partlayıcının partlaması nəticəsində baş verib. Hökumət qüvvələri "Taliban" hərəkatına qarşı əməliyyat keçirməyə gedirmiş. Partlayış nəticəsində Rəşid Dostum xəsarət almayıb. Onun sözlərinə görə, 3 zirehli avtomobilə ziyan dəyib. O, 20 təhlükəsizlik əməkdaşının da yaralandığını bildirib.
Rəşid Dostum vurğulayıb ki, terrorçu qruplaşmanın onlarla silahlısı zərərsizləşdirilib, bəzi bölgələr isə "Taliban"dan təmizlənib. O, terrorçuların nəzarəti altında olan Gurmaç rayonunu geri aldıqlarını söyləyib. Prezidentin birinci müavini deyib ki, öldürülən terrorçular arasında Özbəkistan vətəndaşları və Çeçenistandan olan silahlılar da var.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












