Avtomobil mövsümünün açılması benzinə tələbi artıracaq

ABŞ-da mayın 29-da "Xatirə günü" bayramı rəsmi olaraq avtomobil səyahəti mövsümü açılıb. Avtosfer.az xəbər veriur ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Amerika Avtomobil Assosiasiyasının (AAA) bayramdan əvvəl verdiyi proqnozlarına görə, həmin gün 39,3 mln. amerikalı öz evindən ən az 80 km. məsafədə səyahətə çıxacaq. Bu proqnoz-göstərici 2005-ci ildən etibarən ən yüksək hədd hesab olunur. Avstraliyanın ANZ bankının analitiklərinə görə, avtomobil mövsümünün başlaması neft bazarında inamı artıracaq: "Nəticədə neft ehtiyatlarının yaxın həftələrdə azalması gözlənilir".
"Report"un analitik qrupu hesab edir ki, ABŞ-da aktiv neft quyularının və gündəlik hasilatın artması neftin qiymətini azaltsa da yay aylarında ABŞ-da neft və benzin ehtiyatlarında geriləmə ehtimalları qiymətləri bu səviyyədə sabitləşdirəcək. Hətta neftin qiymətinin bir qədər yüksəlməsi və 55 dollar/barelə çatması proqnozlaşdırılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












