Avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37154,5 min ton olub. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yüklərin 23496,1 min tonu və ya 63,2 faizi avtomobil nəqliyyatı, 10214,2 min tonu və ya 27,5 faizi dəmir yolu nəqliyyatı, 3444,2 min tonu və ya 9,3 faizi dəniz nəqliyyatı ilə daşınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 5,4 faiz azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9 faizini və ya 5518,4 min tonunu tranzit yüklər təşkil edib.
Bu ilin 9 ayı ərzində dəhliz vasitəsilə 253,3 milyon sərnişin daşınıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sərnişinlərin sayı 2,4 faiz, sərnişin dövriyyəsi isə 1,6 faiz artıb.
Fərid
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








