Avtomobil nəqliyyatı ilə yük daşınması 3% artıb

Bu ilin yanvar-fevral aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük daşınması 7 826,4 min ton, yük dövriyyəsi isə 1 509,4 mln. ton/km olub. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 5 040,9 min tonu və ya 64,4%-i avtomobil nəqliyyatı, 2 063,2 min tonu və ya 26,4%-i dəmir yolu nəqliyyatı, 722,3 min tonu və ya 9,2%-i dəniz nəqliyyatı ilə daşınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınan yüklərin həcmi 13,8% azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 26,8% və 46,5%) olub.
Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi 2,7% artıb. Dəhliz vasitəsilə daşınan yüklərin 15%-ni və ya 1 172,7 min tonunu tranzit yüklər təşkil edib. Bu ilin müvafiq dövründə dəhliz vasitəsilə 54,9 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 1 114,4 mln. sərnişin/km olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,2%, sərnişin dövriyyəsi isə 1,1% artıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












