Avtomobil nömrələri ilə bank kartlarını zibilliyə tulladılar

"Təmiz Şəhər" ASC zavodda aşkar etdiyi 4 ədəd avtomobil seriya nömrəsini, 44 ədəd müxtəlif növ sənədi, 21 bank kartını polisə təhvil verib.
Avtosfer.az xəbər verir ki, bu barədə ASC-nin mətbuat xidmətindən trend-ə veriən məlumata görə, bu əşyalar Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda (BMTÇZ) şəhərdən yığılmış məişət tullantıları arasında aşkar edilib.
Bakıdan yığılan tullantılar BMTÇZ-də "Təmiz Şəhər"ə təhvil verilir. Tullantılar bu zavodda çeşidlənir, təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılaraq xammal kimi uyğun müəssisələrə göndərilir.
İş prosesi zamanı tullantılar arasında tullantı olmayan əşyalara (sənəd, nömrə, silah, pul, dəyərli əşya və s.) rast gəlindikdə isə onlar götürülərək aidiyyəti üzrə təhvil verilir.
Sənədlər arasında şəxsiyyət vəsiqələri, pasportlar, əmək kitabçaları, təhsil və doğum haqqında şəhadətnamələr, tələbə bileti, avtomobil sənədləri və nömrələri var.
Bu cür əşyalarını itirən şəxslər polisə müraciət edərək tapılanların onlara aid olub-olmadığını dəqiqləşdirə və təhvil ala bilərlər.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












