Avtomobil oğurlayan 19 yaşlı oğlan tutuldu - Bakıda

Bakının Sabunçu rayonunda oğurluq edən gənc həbs edilib.
Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Tacıyəddin Şəldiyevin “Niva” markalı avtomobili oğurlanıb.
O, avtomobilinin oğurlanması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verib. Aparılan araşdırma zamanı avtomobil Xətai rayonu ərazisində hərəkətdə olan zaman Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Şəhər Xidmətinin kameralarında görünüb. Xidmətin əməkdaşları bununla bağlı Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib.
Dərhal 12-ci polis bölməsi və Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməkdaşları avtomobili sürücü ilə birlikdə saxlayıb.
Müəyyən edilib ki, avtomobili Lənkəran şəhər sakini, 1997-ci il təvəllüdlü Mirhüseyn Məmmədov oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












