Avtomobil qaçıran 2 yeniyetmə saxlanıldı - Bakıda

Bakıda iki yeniyetmə avtomobil qaçırıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, iyulun 14-də səhər saat 8.00 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Səbail rayonunun R.Rza küçəsindən "Toyota" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Səbail Rayion Polis İdarəsinin 39-cu Polis Bölməsinə dəvət olunan zərərçəkmiş Kamran Səlimov izahatında axşam evə qayıdarkən avtomobilini park etmək üçün açarları dayanacağın gözətçisinə verdiyini deyib. Gözətçi isə maşın sahibinin açarı səhər götürməsi üçün yaxınlıqdakı mağazanın satıcısına verdiyini bildirib.
Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə avtomobilin Yasamal rayonu istiqamətində getdiyi müəyyənləşdirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil H.B.Zərdabi küçəsində saxlanılmış vəziyyətdə tapılıb. Bir qədər sonra maşına yaxınlaşan 2 yeniyetmə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq avtomobillə birlikdə 39-cu Polis Bölməsinə gətiriliblər.
Araşdırmalarla onların Bakı şəhər sakini R.T və Mingəçevir şəhər sakini R.Ə. olmaları müəyyən edilib.
Onlar törətdikəri əməli etiraf ediblər. Müəyyən edilib ki, iyulun 14-nə keçən gecə saat 4.30 radələrində siqaret almaq üçün Səbail rayonunun R.Rza küçəsindəki mağazaya girən yeniyetmələr satıcının məşğul olmasından istifadə edərək orada olan avtomobil açarını götürüb uzaqlaşıblar və az sonra həmin avtomobili taparaq qaçırıblar.
Faktla əlaqədar Səbail RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












