Avtomobil qaçıran dəstə ələ keçdi

Dekabrın 20-də Əlahiddə Çevik Polis Alayı və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisindən Yevlax rayon sakini Ramil Salmanova məxsus “VAZ-2101” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Yunis İmanov saxlanılaraq avtomobillə birgə Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmişdi. Davam etdirilən əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən qrupun digər üzvləri də saxlanılıblar. Araşdırmalarla onların Xırdalan şəhər sakini Kənan Quliyev, Gəncə şəhər sakinləri Nəsrəddin Həsənov və İntiqam Rzayev olmaları müəyyən edilib.
Araşdırmalar aparılır.
***
DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət edən Bakı şəhər sakini Nail Quliyev avtomobilinin qaçırılması barədə məlumat verib. Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Opel” markalı avtomobilin rayonun O.Vəliyev küçəsindən qaçırılması müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil M.Abbasov küçəsində tapılıb. Onu qaçırmaqda şübhəli bilinən şəxs saxlanılaraq avtomobillə birlikdə Polis Bölməsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Heydər Eminov olması müəyyən edilib.
Araşdırma aparılır.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












