Avtomobil qaçıran şəxsin üzərindən narkotik çıxdı

Avtomobil qaçıran şəxsin üzərindən narkotik çıxdı. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbə sakini Hüseynağa Cəfərov RPŞ-yə müraciət edərək noyabrın 22-də axşam saatlarında ona məxsus “VAZ 21011” markalı avtomobilin qaçırıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin Ərkivan qəsəbə sakini 39 yaşlı Müçtəba Sadıxovun qaçırdığı müəyyən olunub. Görülmüş tədbirlərlə avtomobil Boradigah kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıb və sürücü ilə birlikdə RPŞ-yə gətirilib.
M.Sadıxovun üzərinə baxış keçirililərkən ondan heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanb, istintaq davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












