Avtomobil qaçıranlar tutuldular

Oktyabrın 29-da saat 19 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsindən Bakı şəhər sakini Nicat Zeynalova məxsus “Daewoo” markalı avtomobil qaçırılıb. DİN-in “Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşları tərəfindən avtomobilin həmin gün saat 20 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olması aşkar edilib.
Görülmüş tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində postda saxlanılıb və onu idarə edən Cəlilabad rayon sakini Sübhan Niftullayevlə birgə Nəsimi RPİ 19-cu Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
Oktyabrın 26-da Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindən Tofiq Hüseynova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. Bakı ŞBPİ “Təhlükəsiz Şəhər” Xidməti və Xəzər RPİ 1-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Lələyev və Sumqayıt şəhər sakini Qadir Əliyev tutulublar. Avtomobil Salyan rayonunda yaşayan Hidayət Sadıqovun həyətindən sökülmüş vəziyyətdə tapılıb.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












