“Avtomobil satışı” adı altında dələduzluq edən şəxslə bağlı araşdırma aparılır – DİN-dən AÇIQLAMA - VİDEO

Avqustun 7-də Avtosfer.az saytında Oğuz şəhərində avtomobil satdığını deyən şəxsin dələduzluğu ilə bağlı xəbər vermişdik.
Belə ki, redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayan vətəndaş qeyd edib ki, almaq istədiyi avtomobil üçün ondan 250 manat beh tələb olunub.
Avtomobilin Oğuz rayonunda olduğunu bildirən dələduz behi aldıqdan sonra zənglərə cavab verməyib. Zərərçəkmiş şəxs deyib ki, onun tanışlarından biri maşın almaq adı ilə həmin dələduza zəng edib: "Tanışım ona zəng edərək maşını almaq istədiyini bildirən zaman dələduz yenidən beh istədi. Bu zaman ona inanmağımız üçün görüntülü danışmağı tələb etdik. Dələduz tələyə düşərək tanışımla görüntülü danışdı və onun üzünü videoqeydə aldıq. Oğuz rayonunda olduğunu bildirsə də, görüntülü danışıq zamanı məlum oldu ki, Xocəsən qəsəbəsindədir" - deyə zərərçəkmiş şəxs bildirib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı araşdırmalar aparılır. Həmin şəxsin müəyyən olunaraq barəsində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində tədbirlər həyata keçirilir.
Səfər
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?










