Avtomobil və dövlət qeydiyyat nişanları oğurlayan şəxs tutulub - Bakıda

Bakıda avtomobil və dövlət qeydiyyat nişanları oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyulun 16-na keçən gecə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qəsəbə sakini Zöhrab Cəfərova məxsus “Mercedes” markalı avtomobilin dövlət qeydiyyat nişanları oğurlanıb.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin dövlət qeydiyyat nişanları üzərində olan “VAZ-2106” markalı avtomobilin Sabunçu rayonu ərazisində hərəkətdə olması aşkar edilib. Görülmüş tədbirlərlə avtomobil Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və sürücü, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Tağıyev tutulub. R.Tağıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Nəsimi rayonu ərazisindən Sabirabad rayon sakini Elvin Əhmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırması və “Mercedes” markalı avtomobildən oğurladığı dövlət qeydiyyat nişanlarını onun üzərinə taxması müəyyən edilib.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












