Avtomobil, velosiped və çanta oğrusu həbs edildi - Sumqayıtda

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Sumqayıt şəhər sakini olan bir qadının bank hesabından pul cıxarılaraq oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub. Məlumatla əlaqədar Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və şəhər sakini İ.Abbasovanın bank hesabından 75 manatının cıxarılaraq oğurlanması məlum olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin pulu oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Qasımov olması müəyyən edilib.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 10-dan 28-dək olan müddətdə şəhər ərazisində 1 avtomobildən ərzaq məhsulları, 1 qadına məxsus, içərisində 200 manat olan pulqabısını, “Mitsubishi” markalı avtomobildən akkumulyator, 2 velosiped, habelə qəbiristanlıqların birindən məzarın üzərindəki süni gülləri oğurlaması da müəyyən edilib.
Həyata keçirilmiş digər əməliyyat tədbirləri ilə şəhər sakini olan bir qadının cibindən mobil telefon, 1 həyətyanı sahədən geyim əşyaları, 1 internet klubdan 10 ədəd yaddaş qurğusu, habelə qəbiristanlıqlardan birindən məzarın üzərindəki 2 ədəd mərmər güldanı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Mürsəlov saxlanılıb.
Faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












