Avtomobil vurub dedilər, öldürüldüyü üzə çıxdı

Martın 6-da Sumqayıtda meyiti tapılan qadının öldürüldüyü məlum olub. Sumqayıt şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, H.Z.Tağıyev qəsəbəsində beton yolun kənarında 1968-ci il təvəllüdlü Gülnaz Dadaşovanın üzərində xəsarətləri olan meyiti tapılıb. İlkin olaraq bildirilib ki, 48 yaşlı qadın naməlum avtomobil tərəfindən vurulub və polis idarəsində Cinayət Məcəlləsinin 264-cü (yol qəzası yerindən qaçma) maddəsi ilə iş başlanılıb. Aparılan araşdırmalar nəticəsində qadının baş və boğaz nahiyələrindəki xəsarətlərin döyülməyə xas olması müəyyənləşdirilib. Məlum olub ki, G.Dadaşovanı həmyerlisi, 1975-ci il təvəllüdlü Elman Əhmədov döyərək qətlə yetirib. E.Əhmədov tutulub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












