"Avtomobil yollarında sürüşmələr aktivləşib"

“Son günlər yağan yağışların təsirindən Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərindəki sürüşmə sahələri aktivləşib”. Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km, Bakı-Ağsu magistral yolunun 132-156-cı km, Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı km-dəki sürüşmə sahələrində də aktivlik qeydə alınıb: “Lənkəran-Lerik yolu 47-ci kilometrliyində sürüşmə baş verib”.
Ekspedisiya rəisi bildirib ki, Siyəzəndə Sədan, Qobustanda Poladlı, İsmayıllıda İstisu və Gədəbəydə Hacılar (Əyridərə) sürüşmə sahələrində aktivlik müşahidə olunur.
Ə.Qaralov qeyd edib ki, Bakı və Abşeron yarımadasındakı subasmalarla bağlı monitorinqlər davam etdirilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












