Avtomobil yoluna qaya parçası düşüb - FOTO

Bakı. 31 mart. REPORT.AZ/ Quba-Xınalıq-İspik avtomobil yolu təhlükə altına düşüb. "Report"un məlumatına görə, Quba-Xınalıq İspik yolunun 30-cu km-liyində qaya parçası dağ massivindən qoparaq yolu bağlayıb.
Quba 6 saylı Yol İstismar İdarəsinin (Yİİ) texnikası əraziyə cəlb olunsa da, qaya parçasını yoldan çıxara bilməyiblər. Həddən artıq ağır olduğundan qaya parçasının yan tərəfləri çətinliklə də olsa qoparılıb və nəqliyyat üçün alternativ yol çəkilib.
Quba 6 aylı Yol İstismar İdarəsinin Quba-Xınalıq üzrə sahə rəisi Bilal Sultanovun sözlərinə görə, qaya parçasını yoldan çıxarmaq mümkünsüdür: "Çünki yolun sol tərəfindən qaz xətti keçdiyi üçün işi yarımçıq qoymağa məcbur qalıblar. Ümumiyyətlə, dəfələrlə bu yoldan istifadə edən sürücülərin üzərinə qaya parçaları düşüb. Mümkün qədər bu yoldan istifadə edən sürücülər ehtiyatlı və diqqətli olsunlar. İmkan qədər bu yollardan istifadə etməsinlər".
Xatırladaq ki, bu yöl üzərindən Xınalıq, Bostankeş, Qalaxudat, Əlik, Cek, Haput, Qrızdəhnə, Qrız, Buduq və Zeyid kəndləri istifadə edir.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












