Avtomobil yolunda işıqlandırmanın olmaması qəzalara yol açır - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Paytaxtın Sabunçu rayonu, Böyükşor-Pirşağı yolunda işıqlandırmanın olmaması qəzalara səbəb olur.
Vətəndaşlar sözügedən problemlə bağlı Baku TV-yə narazılıqlarını bildiriblər. "İnanın Allaha, telefonun işığı ilə gedirik. Bərbad vəziyyətdir. Burada qaranlıqda hərəkət etmək təhlükəlidir, hər an hər şey ola bilər", - sakinlərdən biri söyləyib.
Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, ərazini enerji ilə təmin edən transformator avadanlığında texniki nasazlıq yaranıb:
"Hazırda müvafiq qurumlar tərəfindən nasazlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Bununla əlaqədar olaraq yolun müəyyən hissəsində işıqlandırmada müvəqqəti problemlər müşahidə olunur. Qeyd edək ki, yolun digər hissələrində işıqlandırma normal rejimdə fəaliyyət göstərir".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










