Avtomobil yolunun tikintisinə başlanılıb - Gədəbəydə

“Azəravtoyol” ASC Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisinə başlayıb. Avtosfer.az “Azəravtoyol”a istinadən xəbər verir ki, avtomobil yolunun uzunluğu 9,6 km-dir. Yol torpaq və çınqıl örtüklüdür.
Layihəyə əsasən, yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilir və 2 zolaqlı olacaq. Yol yatağının eni 10 metr olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə bərkidici zolaq da daxil çiyinlərin eni 2 metr təşkil edəcək.
Hazırda torpaq işləri həyata keçirilir, yol yatağı və yol əsasının tikintisi aparılır. Layihə çərçivəsində suların ötürülməsi üçün su borularının və su keçidlərinin tikintisi işləri də aparılacaq. Torpaq işləri yekunlaşdıqdan sonra yola asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq. Ümumilikdə yolun 60 min kv.m sahəsinin 2 qat olmaqla asfaltlanması planlaşdırılır.
Novosaratovka-Çobankənd-Novoivanovka 9,6 km-lik avtomobil yolunun tikintisi tərtib olunan qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.
Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaq.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












