Avtomobil yük maşını ilə toqquşub – 1 ölü

Böyük Britaniyada güclü qar və soyuq hava 3 nəfərin ölümünə səbəb olub. Trend-in məlumatına görə, pis hava şəraiti səbəbindən İngiltərənin Kornoul qraflığında avtomobil yaşayış evinə çırpılıb. Hadisə nəticəsində 7 yaşlı uşaq həlak olub. Berkşir şəhərinin yaxınlığında minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə 46 yaşlı kişi həlak olub. Digər ölüm hadisəsi isə Lids şəhərində qeydə alınıb. 75 yaşlı qadın küçədə ölü tapılıb. İngiltərənin cənub-qərbində və Uelsin cənubunda əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Britaniyanın meteorologiya xidməti "qırmızı" təhlükə səviyyəsi elan edib. Bütün ölkə ərazisində minlərlə məktbə bağlanıb. Şotlandiyada 2 ən böyük hava limanı bağlanıb - Edinburqda və Qlazqoda. Digər hava limanlarında, o cümlədən Böyük Britaniyanın paytaxtında onlarla reys ləğv edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












