Avtomobildə siqaret çəkənlərin DİQQƏTİNƏ! - İnzibati məsuliyyət yarana bilər

Azərbaycanda avtomobildə siqaret çəkməyə görə cərimə məsələsi tez-tez müzakirə olunur.
Bəs mövcud qanunvericilik bu məsələyə necə yanaşır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a hüquqi şərh verən hüquqşünas Tağı Hüseynov bildirib ki, şəxsi avtomobildə siqaret çəkməyə görə birbaşa cərimə nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bu hal yalnız sürücü və ya sərnişin tərəfindən ətraf mühitə zibil atılması ilə müşayiət olunarsa, inzibati məsuliyyət yarana bilər.
Hüquqşünas qeyd edib ki, vəziyyət taksilərdə fərqlidir. Belə ki, taksi ictimai nəqliyyat vasitəsi hesab olunduğundan, həm sürücünün, həm də sərnişinin avtomobildə siqaret çəkməsi qanunla qadağandır və bu halda cərimə tətbiq oluna bilər. Tağı Hüseynovun sözlərinə görə, bu qadağa sərnişinlərin sağlamlığının qorunması və ictimai yerlərdə siqaret çəkmənin məhdudlaşdırılması məqsədi daşıyır.
Qeyd edək ki, ictimai nəqliyyatda və insanların kütləvi istifadə etdiyi məkanlarda siqaret çəkməklə bağlı inzibati məsuliyyət “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla tənzimlənir.
Zəngilan polisi şəhidlərin xatirəsini yad etdi - FOTO - VİDEO
Sükut dəqiqəsi...
Prezident Şəhidlər xiyabanını ziyarətlə bağlı videoçarx paylaşdı - VİDEO
Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
Avtomobillərdə LED işıqlar təhlükə yaradır? – Məsələyə aydınlıq gətirildi
Prezident İlham Əliyev "Körfəz Nobeli"nə layiq görüldü - VİDEO
İcra nümayəndəsinin mal müsadirə etmək səlahiyyəti yoxdur - HÜQUQŞÜNAS
Bakının bu küçələrində hərəkətin təşkili necə dəyişəcək? – EKSPERT AÇIQLADI – VİDEO
Güclü qar Cəlilabad–Yardımlı yolunda hərəkəti çətinləşdirdi – VİDEO
Bakıda 20 istiqamətdə tıxac müşahidə olunur – SİYAHI
Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - FOTO - VİDEO











